“Abşeron” yatağında hasilata 2020-ci ilin əvvəlində başlanacaq

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilatın 2020-ci ilin əvvəlinə kimi başlanması planlaşdırılır.

Bu barədə layihənin operatoru “Total E&P Absheron B.V.” şirkətinin keçirdiyi “Abşeron” yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) üzrə ictimai dinləmələrdə açıqlama verilib. Bildirilib ki, yatağın işlənməsinin I mərhələsində gündəlik 4,3 milyon kubmetr qaz, 12 min barel kondensat hasilatı nəzərdə tutulur. “Abşeron” yatağından ilk faza çərçivəsində ildə 1,5 milyard kubmetr, 2022--2023-cu illərdə isə ikinci faza üzrə 5 milyard kubmetr qaz hasilatı gözlənilir.

Xatırladaq ki, “Abşeron” qaz-kondensat yatağı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. ARDNŞ-in qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir. “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları yarıbayarı payla ARDNŞ və “Total” şirkətidir.

 

Hazırladı: T.AYDINOĞLU,
"Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında