SOCAR AQŞ ilə Banqladeşin BAPEX Şirkəti arasında Anlaşma Memorandumu imzalandı

SOCAR-AQŞ BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderin qalibi olmuşdur və Banqladeş ərazisində 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaqdır.

SOCAR-dan aldığımız məlumatda bildirilir ki, Banqladeş Hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin baş katibi Muhəmməd Şahidul Haq və Enerji, Mineral Ehtiyatlar Bölməsinin katibi Nazimuddinin Choudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşmüşlər. Görüşdə SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanmışdır. Memorandumu baş direktorun əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev və BAPEX şirkətinin baş meneceri İslam Muhəmməd Novşad imzalamışlar. 


Qeyd edək ki, SOCAR AQŞ daha əvvəl BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeş Xalq Respublikasının‘’Semutang-Cənub-1’’, ‘’Begumganj-4’’ və ‘’Madarganj-1’’ qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcəkdir. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq. 

Bakıda imzalanan Anlaşma Memorandumu məhz bu kəşfiyyat və qiymətləndirmə quyuların qazılmasından sonra əməkdaşlığın genişləndirilməsi perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir. 

SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev isə bildirmişdir ki, “SOCAR AQŞ ölkəmzdən mal və xidmətlərin ixracının artırılmasında dövlət siyasətimizə uyğun olaraq, qazma sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə iştirak edərək qalib gəlib və müvafiq müqavilə imzalanıb. 

Biz Banqladeş Xalq Respublikasının neft-qaz yataqlarının işlənməsində maraqlıyıq və BAPEX ilə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik.
Xatırladaq ki, SOCAR-AQŞ MMC qazma xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Hazırda şirkət Azərbaycanda 4 quyunun qazılmasını həyata keçirir. 2018-ci il ərzində SOCAR AQŞ Xəzərin Azərbaycan sektorunda 18 quyunun qazılmasını planlaşdırır.

 

                                                          Samirə Əliyeva,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında