Yanvar ayında 6 milyard manatlıqdan çox ümumi daxili məhsul istehsal olunmuşdur

2018-ci ilin yanvar ayında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq
6 milyard 49,5 milyon manat təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, ÜDM istehsalının 48,4 faizi sənayenin, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 6 faizi tikintinin, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 15,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in
7 faizini təşkil etmişdir.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artmış, neft bölməsində isə 0,5 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olmuşdur.

 Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında