İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Biləsuvarda istehlakçıların hüquqları barədə növbəti konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq keçirilib.

Konfransda adı çəkilən dövlət xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat veriblər.

Tədbirdə bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədi ilə Bakıda və regionlarda konfrans və “dəyirmi masa”lar təşkil olunur, istehlakçıların elektron ünvanlarına ticarət qaydalarına əməl olunması ilə bağlı mütəmadi olaraq maarifləndirici məlumatlar göndərilir. Təkcə ötən il ərzində istehlakçı hüquqlarına dair 18 adda 32 mindən artıq buklet, 6 adda 3 minə qədər yaddaş kitabçası çap olunaraq paylanılıb. Bundan başqa, istehlakçıların maarifləndirilməsi məqsədilə gündəlik istehlakda geniş istifadə olunan məhsullarla bağlı 54 maarifləndirici məlumat kütləvi informasiya vasitələrində yayımlanıb.

Sahibkarların, ictimai təşkilatların nümayəndələrinin və 200-ə yaxın istehlakçının iştirak etdiyi konfransda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün Biləsuvarda malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” adlı  treninq də keçirilib. Treninqdə yuxarıda adı çəkilən dövlət xidmətinin əməkdaşları iştirakçılara dövlət satınalmaları sahəsində qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər, sualları cavablandırıblar.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında