Yaxın illərdə fındıq bağlarının sahəsi 80 min hektara çatdırılacaq

Fındığın maya dəyəri digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə daha az olduğundan yüksək rentabelliyi ilə seçilən, daxili və xarici bazarlarda daimi alıcısı olan bu məhsul istehsalçıları üçün daha əlverişli hesab edilir. Hazırda məqsəd zəruri aqrotexniki tədbirlərin vaxtında və yüksək səviyyədə aparılmasını təmin etməklə, yaxın 2-3 il ərzində hər hektardan məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasına nail olmaqdır. Bunun üçün də respublikada hər cür imkan və şərait var. Bu məqsədlə yerlərdə müntəzəm keçirilən görüşlərdə həlli vacib aqrotexniki tədbirlərin görülməsi ilə əlaqədar məhsul istehsalçılarının maarifləndirilməsinə diqqət yetirilir. Xüsusi qeyd etmək lazımdır ki, yeni fındıq bağlarının salınmasında istifadə olunan pöhrələrə və tinglərə görə subsidiyanın verilməsinin nəzərdə tutulması kənd əməkçilərini daha da ruhlandırıb və fındıqçılığın sürətlə inkişaf etdirilməsinə təkan verib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, ötən il aqrar məhsulların ixracından 570 milyon dollar vəsait daxil olubsa, onun təxminən 115 milyon dolları fındığın payına düşür. Sözügedən sahəyə dövlət dəstəyi nəticəsində fındıq tingləri alınıb və yerlərə pulsuz paylanılıb. Əvvəl fındıq bağları 34 min hektar idisə, indi 67 min hektardır. Yaxın illərdə isə fındıq bağları 80 min hektara çatdırılacaq.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında