Azərbaycan çəltiyə tələbatını özü ödəyəcək

"Azərbaycan 2025-ci ildə çəltiyə olan tələbatı daxili istehsal hesabına tam ödəyəcək".

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasında çəltikçiliyin inkşafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" yekunlaşanda ölkə tələbatını özü ödəyəcək. Nazir deyib ki, 2017-ci ildə düyünün alınması üçün 36 milyon dollar vəsait xərclənib: "Hazırda ölkədə çəltiyə olan tələbat 40 min ton təşkil edir".

H.Əsədov daxili istehsal üçün texnikaların gətirilməsinin təşkil ediləcəyini, əsasən, Koreya istehsalı olan texnikaya üstünlük veriləcəyini vurğulayıb.

Xatırladaq ki, fevralın 9-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Hazırladı: T. AYDINOĞLU

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında