Pensiya artımının hesablanması başa çatıb

"Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Prezident sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların edilməsi ilə bağlı hesablamaları başa çatdırıb.

Bu xəbəri nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Trend-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sərəncamla əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

E. Babayev qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunur: "Pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar. Son iki iş günü ərzində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablamalar başa çatdırılıb və bu gündən artıq maliyyələşmə işlərinə başlanılıb. Pensiyaçılar sabah günün sonunda müvafiq vəsaitləri iki aylıq artımlarla birgə öz hesablarında görəcəklər".

Şöbə müdiri əlavə edib ki, sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılır: "2018-ci ilin 1 yanvar tarixinə fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 566 745 nəfərdir. Çox böyük bir say alınsa da, sığorta-pensiya sisteminin elektron infrastrukturu həm əmək pensiyalarının, həm də fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması işlərinin avtomatlaşdırılmış şəraitdə 2 gün ərzində yerinə yetirməyi mümkün edib".

Hazırladı: Tahir AYDINOĞLU

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında