ABŞ-da neft istehsalında vəziyyət

Azpetrol Ltd. MMC-nin məlumatına əsasən ABŞ-dakı neft quyularının sayı get-gedə azalır. “Baker Hughes” şirkətindən bildiriblər ki, ABŞ-da aktiv neft quyularının sayı 5 ədəd azalaraq 742 ədədə enib. Son məlumatlara əsasən ölkədəki aktiv neft quyularının sayı ardıcıl yenidən azalmağa başlayıb. Keçən  ilin eyni dövründə isə ABŞ-da 529 neft quyusu fəaliyyətdə olub.

Son vaxtlar  ölkədəki aktiv qaz quyularının sayı isə dəyişməyərək 182 ədəd olub. Beləliklə, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 5 ədəd azalaraq ümumilikdə 924 ədəd təşkil edib.

Məlum olduğu kimi orada aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatırdı. Neftin qiymətinin ucuzlaşması fonunda ABŞ-da aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma - 316-ya enmişdi.

 

İ.Əmənullayev,
"Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında