Şahdağ Turizm Mərkəzinə dəmir yolu xətti çəkiləcək

  Azərbaycan Prezidenti cari ilin yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizm sahəsində nəzərdə tutulan planlardan danışarkən Qəbələ şəhərinə, eləcə də Qusar rayonu ərazisindəki Şahdağ Turizm Mərkəzinə dəmir yolunun çəkiləcəyini qeyd etmişdi.

 Artıq bununla bağlı layihənin hazırlıqlarına başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Bakı-Yalama dəmir yolu xəttində Xudat stansiyasından sola dönərək Qusarın üzərindən keçməklə Şahdağa qədər olan yolun çəkilişi üçün layihələndirmə işlərinə hazırlıq görülür. Həmçinin, Bakı-Yalama dəmir yolu xətti təmir olunacaq, xəttə elektrik qatarları buraxılacaq.

   C.Qurbanov Qəbələ şəhərinə dəmir yolunun çəkilişi planları barədə danışarkən qeyd edib ki, gələcəkdə Qəbələdəki Tufandağ qış-yay istirahət mərkəzi ilə "Şahdağ" kompleksini də dəmir yolu vasitəsilə bir-birinə birləşdirməyi düşünürük.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında