Əsas kapitala yönəldilmiş vəsait

2018-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 960,3 milyon manat vəsaitin 362,7 milyon manatı və ya 37,8 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 68  faiz artmışdır.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, ümumi sərmayənin 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 83,5 faizi məhsul istehsalı obyektlərinin, 11  faizi xidmət sahələri üzrə obyektlərin, 5,5 faizi isə ümumi sahəsi 121  min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin
52,1 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 81,4 faiz, bank kreditləri 6,7 faiz, büdcə vəsaitləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,2 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,6 faiz təşkil etmişdir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında