Ötən il strateji valyuta ehtiyatları 11 faizdən çox artıb

2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyə balansının yaxşılaşmasını təmin edib. Mərkəzi Bankın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki,  2017-ci ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5 faizi qədər profisit gözlənilir. Xarici ticarət balansının profisiti 5 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 10 dəfə, yəni 0,5 milyard ABŞ dolları çoxdur. İxrac 52 faiz, o cümlədən qeyri-neft ixracı 23 faiz artıb. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunub. Xidmətlər balansının kəsiri əhəmiyyətli dərəcədə azalıb, turizm xidmətləri üzrə, habelə kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo əldə olunub.

Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11 faizdən çox artıb. Proqnozlara görə, xarici mühitdə pozitiv meyillərin 2018-ci ildə də davam edəcəyi gözlənilir.

Vaqif BAYRAMOV,

Xalq qəzeti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında