Ölkədə yeni iş yerlərinin açılması prioritet istiqamətdir

Azərbaycanda yeni istehsal və emal müəssisələrinin yaradılması və mövcud istehsal sahələrinin potensialının artırılması və genişləndirilməsi, yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin yüksəldilməsi dövlət başçımızın  daim diqqət mərkəzindədir.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir ki, hazırda “Azərxalça” ASC-nin istehsal sahələrinin sayının artırılması işləri davam etdirilir. 10 rayonda xalça müəssisələrinin tikintisi artıq yekunlaşıb, daha 10 müəssisənin, 5 yun və boyaq maddələri məntəqələrinin tikintisi isə davam etdirilir. Yunəyrici Boyaq fabrikinin tikintisinə başlanılması da xalçaçılığın xammal bazasının yaradılmasına töhfə verəcək.

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Azərbaycan hökuməti və ABŞ tərəfindən birgə həyata keçirilən Yem Emalı Müəssisəsinin tikintisi başa çatdırılıb və fermerlərin istifadəsinə verilib. Türk iş adamları tərəfindən Cocuq Mərcanlıda kənd təsərrüfatı sahəsində birgə layihənin reallaşdırılması işlərinə başlanılıb.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında