Manatın məzənnəsi möhkəmlənir

Tədiyə balansının yaxşılaşması nəticəsində ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib. Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4 faiz möhkəmlənib.

Mərkəzi Bankın mətbuat xidmətindən aldığımız məlumata görə, 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olub. Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir edib. Manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36 faiz ucuzlaşıb ki, bu da idxalın əvəzlənməsinə və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.

2017-ci ildə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7 faiz artıb. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun likvidliyə olan tələbi monetar şəraitə təsir göstərən əsas amil olaraq qalmaqdadır.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında