Dövlət proqramları regionların potensialının yüksəlməsinə şərait yaradıb

Ölkədə davamlı inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib, dövlət başçısı bölgələrə etdiyi 30-dan çox səfər çərçivəsində müxtəlif təyinatlı 130-dək obyektlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib, tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının imzaladığı 74 sərəncamla şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 368 milyon manat vəsait ayrılıb. Ümumilikdə, 2004-2017-ci illərdə regionların inkişafına 67,5 milyard manat (77,8 milyard dollar) vəsait yönəldilib.

2017-ci ildə regionlarda bir sıra sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, mühüm sənaye obyektlərinin tikintisinə başlanıb, sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib. Ötən il 1300 kilometrə yaxın avtomobil yolu, 24 körpü və yolötürücüsü tikilib və ya təmir olunub. 863 kilometr kənd yolu inşa olunub, 3 su və 1 günəş elektrik stansiyası, 1500-dən çox transformator və 56 yarımstansiya istifadəyə verilib. 2100 kilometrdən çox qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 20 rayon üzrə 67 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 93 faizə çatdırılıb. Həmçinin regionlarda 1200 kilometrdən çox su, 383 kilometr kanalizasiya xətti çəkilib, 38 içməli subartezian quyusu qazılıb və ya təmir olunub. 29 su anbarı inşa edilib, 103 yaşayış məntəqəsində modul tipli sutəmizləyici quraşdırılıb, suvarma üçün 248 subartezian quyusu qazılıb.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında