Aqroparkların yaradılması xarici bazarlarda rəqabət qabiliyyətini daha da artıracaq

Ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda respublikanın 28 rayonunda 43 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 15-i 2018-ci ildə istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyini və emal sənayesini davamlı olaraq yüksək keyfiyyətli və aşağı maya dəyərli xammalla təmin edəcək, yerli məhsulların daxili və xarici bazarlarda rəqabət qabiliyyətini daha da artıracaq.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir ki, əvvəlki illərdə olduğu kimi, bu il də  fermerlərə güzəştli kreditlər veriləcək və onlara aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları  yaradılacaq. Məsələn, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin göstərilməsi, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması, yerli istehsalın stimullaşdırılması və digər dövlət dəstəyi mexanizmlərinə geniş yer veriləcək.

Xatırladaq ki,  2017-ci ildə 1953 sahibkara geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bunun 68 faizi aqrar sektorun, 32 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manatdan artıq güzəştli kreditin verilməsi təmin ediləcək.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında