Azərbaycan yeni uğurlara hələ çox imza atacaq

Dünya İqtisadi Forumunun nüfuzlu indeksi sayılan “İnklüziv inkişaf indeksi 2018”də  respublikamız  inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerə layiq görülüb. Dünya İqtisadi Forumunun inklüziv inkişaf hesabatında Azərbaycan Litva və Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyub.

Mən şadam ki, ölkəmiz haqqında müsbət imic  formalaşdıran amillər arasında  insanların maddi və sosial rifah halının, məşğulluq, sağlam həyat gözləntilərinin qiymətləndirilməsi və ölçülməsi də vardır.  Həmin  indeks üzrə Azərbaycan ilk üçlükdə qiymətləndirilib ki, bu  da  ölkəmizdə əhalinin sosial rifah halının digər ölkələrə nisbətdə daha yaxşı olması Prezident İlham Əliyevin ölkədə apardığı sosial-iqtisadi islahatların tərkib hissəsidir. Hesabatı tədqiq və təhlil etdikdə, müşahidə etmək mümkündür ki, müxtəlif indikatorlar üzrə Azərbaycanın mövqeyi bir sıra Avropa ölkələrindən və bütün MDB-dən daha yaxşıdır.

Sözügedən hesabatın ilk indikatoru sayılan “Artım və inkişaf” göstəricisi əsas makroiqtisadi sub-indikatoru sayılan və ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri adambaşına düşən ÜDM üzrə, habelə əhalinin məşğulluğu, əmək məhsuldarlığı və tibbi-nöqteyi cəhətdən sağlam insanların gözləntiləri üzrə Azərbaycan yüksək qiymətləndirilib.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, əhali arasında təbəqələşmənin səviyyəsi, yoxsulluğu, fiziki şəxslər və ev təsərrüfatlarının gəlirlərin bölgüsü də beynəlxalq ekspertlərin diqqət mərkəzindədir.  Bu sahə  üzrə ölkəmizin əldə etdiyi qiymətləndirmə nəticələri dünyanın inkişaf etməkdə olan ölkələrindən daha yaxşıdır.

Bütün bunlar sübut edir ki, Azərbaycan bu qəbildən olan uğurlara hələ çox imza atacaq. Xüsusən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz  2018-ci ildə xalqımızın və dövlətimizin daha böyük uğurlara nail olacağını gözləyirik.

 

 

Müqamət ƏLİYEV,
Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında