Yaxın iki il ərzində manatın məzənnəsinin dəyişməyəcəyi proqnozlaşdırılır

“Fitch” beynəlxalq reytinq agentliyi neft qiymətlərinin sabit olması ilə bağlı gözləntiləri nəzərə alaraq növbəti iki il ərzində manatın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırıb.

Adı çəkilən agentliyin məlumatında neft qiymətlərinin yüksəlməsi ilə tədiyyə balansının 2017-ci ilin 2-ci rübündən etibarən profisitə keçdiyi də vurğulanır. Eyni zamanda, agentliyin hesablamalarına görə, cari ilin sonuna profisitin 3,1 faizə yüksələcəyi göstərilir.

Beynəlxalq reytinq agentliyinin məlumatında, həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 2017-ci ilin sonuna 35,8 milyard dollara yüksəlib ki, bu da sözügedən dövrdə ÜDM-in 87,4 faizinə bərabər olub. 2016-cı ildə isə Neft Fondunun aktivləri 33,1 milyard dollar olub.

“Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda Azərbaycanın ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin restrukturizasiyasının da artıq tamamlandığı, kapital mövqeyi və aktivlərinin keyfiyyətinin bərpa olunduğu xatırladılır.

Reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ilə bağlı növbəti addımın bu maliyyə qurumunun açıq xarici valyutada  mövqeyinin qapanması və özəlləşdirilməsi olacağını, cari  ildən  etibarən isə kreditləşmənin bərpa ediləcəyini proqnozlaşdırır.

Nəhayət, “Fitch”in məlumatında bildirilir ki, neft qiymətlərinin tədricən artması, o cümlədən sərt monetar və fiskal siyasət nəticəsində dolların manata nisbətən məzənnəsi ötən ilin aprelindən etibarən 1,70 manat səviyyəsində stabilləşib. Bu da öz növbəsində, 2017-ci ildə 12,9 faiz  səviyyəsində olan inflyasiya təzyiqlərini azaltmağa gətirib çıxarıb. Kreditlərin və depozitlərin dollarlaşma səviyyəsi (2017-ci ilin noyabrın sonuna müvafiq olaraq 40,6 faiz və 72,1 faiz) yavaş-yavaş azalıb. Bu da məzənnəyə inamın tədricən artdığını göstərir.

V. BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında