Ötən il ölkəyə dövlət vəsaiti hesabına 9877 kənd təsərrüfatı texnikası gətirilib

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 9877 kənd təsərrüfatı texnikası gətirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2017-ci il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına əvvəlki ilə nisbətən 130,8 milyon manat çox olmaqla, ümumilikdə, 269,4 milyon manat dəyərində 2 taxılyığan kombayn, kombayna qoşulan 12 biçici aqreqat (qarğıdalı biçən 8, günəbaxan biçən 4), 179 pambıqyığan kombayn, 87 çuğundur çıxaran, 1645 müxtəlif növ traktor, 1370 traktor yedəkləri (qoşqular), 838 kotan, 343 mala, 751 kultivator, 95 ot biçən, 29 ot dırmığı, 34 ot küləş presləyən, 394 çiləyici və tozlayıcı, 961 səpici aqreqat, 92 gübrəsəpən, 31 bağarası frez, 33 taxıl (toxum) təmizləyən və 979 digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında