Əhalinin rifahının daha da yaxşılaşmasına yönələn siyasət yeni keyfiyyət mərhələsinə daxil olub

“Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu illər ərzində əldə olunan uğurlar barəsində danışdı. Bildirdi ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Respublikada təhlükəsizlik, sabitlik təmin edilir. Aparılan islahatlar qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, habelə iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına səbəb olub.

Son 14 il ərzində 12 min 300 kilometr yol çəkilib. 443 körpü tikilib. Bunun sayəsində  bölgələr inkişaf edib, turizm sektoru güclənib, kənd təsərrüfatında nəzərə çarpan problemlər aradan qaldırılıb. Valyuta ehtiyatlarımız 42 milyard dollara çatıb.

Sosial infrastrukturun inkişafı diqqət mərkəzində saxlanılıb, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub. “ASAN xidmət” mərkəzləri  yaradılıb.  Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilib. Bu isə rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə üsuludur.

Qeyd olunanlar deməyə əsas verir ki, Azərbaycan əhalisinin rifahının yüksəldilməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə  uyğun şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək, yeni keyfiyyət mərhələsinə daxil olub.

 

Elxan VƏLİYEV,
EC GROUP-un rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında