Bu il Azərbaycanda 15 aqropark istifadəyə veriləcək

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu il Azərbaycanda  15 aqropark istifadəyə veriləcək.

Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda ölkənin 28 rayonu üzrə qeyri-səmərəli və istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlarda, 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Aqroparkların yaradılmasına 251 milyon manat, o cümlədən infrastruktur təminatına 149 milyon manat dövlət investisiyası və 102 milyon manat güzəştli kredit ayrılıb, 11 aqropark üzrə 350 milyon manat dəyərində dövlət investisiya təşviqi sənədi verilib, kompleks aqrolizinq xidmətləri göstərilib.

İqtisadiyyat Nazirliyinin məlumatında, eyni zamanda, xatırladılır ki, artıq aqroparkların 3-də birinci mərhələ başa çatdırılıb, 25-də tikinti-quraşdırma və 15-də layihələndirmə işləri aparılır.

Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təminatına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına müsbət təsir göstərəcək.

V. BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında