Çin Xalq Respublikasında Azərbaycanın təşəbbüsü ilə reallaşması nəzərdə tutulmuş TASİM layihəsinin təqdimatı olacaqdır

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov aprelin 27-də Çin Xalq Respublikasına səfər edəcəkdir.
Nazirlikdən bildirmişlər ki, səfərin əsas məqsədi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə həsr olunmuş təqdimat və forumda, eyni zamanda Şanxay şəhərində keçiriləcək "China Expo-2010" sərgisində iştirakdır.
Azərbaycan nüfuzlu "China Expo-2010" sərgi və forumunda ölkəmizdəki sosial-iqtisadi inkişafı təcəssüm etdirən pavilyonla təmsil olunacaqdır.
Səfər çərçivəsində Ə.Abbasov Çinin sənaye və informasiya texnologiyaları naziri, eləcə də "Huawei" və "China Telecom Corparation Limited" şirkətləri idarə heyətlərinin sədrləri ilə ikitərəfli görüşlər keçirəcəkdir.
Azərbaycanın təşəbbüsü ilə reallaşması nəzərdə tutulan TASİM layihəsinin BMT Baş Məclisinin 64-cü sessiyasında qəbulundan sonra Çin hökuməti bu layihənin reallaşmasına böyük maraq göstərmiş və irimiqyaslı sərmayə qoyuluşu ilə bağlı təklif irəli sürmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında