Avropa Komissiyası Azərbaycan təbii qazının Avropaya nəqli üçün maliyyə vəsaiti ayıracaq

Avropa Komissiyası Azərbaycan  təbii  qazının Avropaya nəqlini nəzərdə tutan layihələrə maliyyə vəsaiti yatıracaq. Azərbaycan və Türkmənistan təbii qazının Gürcüstan və Türkiyədən keçməklə Avropa İttifaqı (Aİ) ölkələrinə nəqlini nəzərdə tutan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu qaz boru kəməri (TANAP) və Transxəzər qaz kəməri layihələrinin həyata keçirilməsi məqsədilə  1 milyon 871 min 725 avro maliyyə vəsaiti ayıracaq.  Bu barədə Avropa Komissiyası məlumat yayıb.

Qeyd edək ki, Avropa Komissiyası “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələri yenidən Aİ-nin ümumi maraq layihələri (PCI) siyahısına daxil edib. Azərbaycan təbii qazının 2020-ci ilədək  Avropaya çatdırılması planlaşdırılır. “Cənub Qaz Dəhlizi”nin nəqletmə gücünün  sonralar ildə 31 milyard kubmetrə qədər artırılması nəzərdə tutulub.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında