Azərbaycanda çevik məzənnə rejimi xarici valyuta ehtiyatlarının qorunmasına yardım edib

“Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda bildirilib ki,  manatın məzənnəsinin çevikliyinin artırılması xarici təzyiqlərin azalmasına və xarici valyuta ehtiyatlarının qorunmasına yardım edib.

Adı çəkilən reytinq agentliyinin məlumatında bu ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin ÜDM-in  təxminən 60 faizinə bərabər olacağı proqnozlaşdırılıb. 

Məlumatda qeyd olunub ki, ötən il büdcə defisiti ÜDM-in 1,5 faizni təşkil edib. Bu nəticəyə həmçinin Dövlət Neft Fondundan Azərbaycan Mərkəzi Bankına xarici valyuta ehtiyatlarının artırılması üçün edilən birdəfəlik transfertlər də daxildir.

Agentlik 2021-ci ilə qədər dövlət büdcəsi profisitinin ÜDM-in 1 faizinə bərabər olacağını da proqnozlaşdırıb. Eyni zamanda, ölkəmizin “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi üzrə illik ödənişlərdən də gəlir əldə edəcəyini diqqətə çatdırıb.

V. BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında