“S&P”: 2018-ci ilin sonuna ARDNF-nin aktivləri ÜDM-in 60 faizinə bərabər olacaq

“2018-ci ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin ÜMD-in təxminən 60 faizinə bərabər olacağı proqnozlaşdırılır”. 

“APA-Economics” xəbər verir ki, bu barədə “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Məlumatda göstərilib ki, ötən il büdcə defisiti ÜDM-in 1,5 faizini təşkil edib. Bu nəticəyə, həmçinin Dövlət Neft Fondundan Azərbaycan Mərkəzi Bankına xarici valyuta ehtiyatlarının artırılması üçün edilən birdəfəlik transfertlər də daxildir. Transfertlər hesaba alınmasa, büdcə profisitlə icra olunub. 2021-ci ilə qədər dövlət büdcəsi profisitinin ÜDM-in 1 faizinə bərabər olacağı proqnozlaşdırılır. Azərbaycan, həmçinin “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi üzrə illik ödənişlərdən də gəlir əldə edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında