Ötən il İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlara 1646 lisenziya verilib

İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, islahatlar ili kimi tarixə düşən 2017-ci ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib, bu sahədə bir sıra islahatlar aparılıb.

Məlumatda, həmçinin hesabat ilində İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlara 1646 lisenziya verilməsi, bunun da 1027-nin yeni, 619-un müddətsiz lisenziya ilə əvəz edilməsi və ya yenidən rəsmiləşdirilmiş lisenziyalar olması vurğulanıb. 

Xatırladaq ki, lisenziyaların verilməsinə başlanıldığı 2015-ci il noyabrın 2-dən indiyədək sahibkarlara ümumilikdə 5 min lisenziya verilib. Bu lisenziyaların 2 min 694-ü yeni, 2 min 306-sı isə müddətsiz lisenziya ilə əvəz edilib və ya yenidən rəsmiləşdirilmiş lisenziyalardır.

Lisenziyalar əsasən əczaçılıq, tikinti-quraşdırma işləri, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, rabitə xidmətləri sahələrinə verilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında