Azərbaycanda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması uğurla davam edir

İqtisadiyyat Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri  Abbas Əliyev bizimlə söhbətində bildirdi ki, indiyədək yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunub, bu sahədə mövcud qanunvericilik, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumat verilib, ayrı-ayrı ünvanlarda sahə mülkiyyətçiləri ilə mütəmadi olaraq görüşlər keçirilib, onların ümumi yığıncaqlarının keçirilməsində və digər təşkilati məsələlərin həllində müvafiq tövsiyələr dinlənilib, sözügedən məsələyə  dair qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşurlar paylanılıb.

Abbas Əliyev daha sonra dedi ki, ötən il mənzil fondunun yeni idarəetmə üsulları əsasında idarə olunmasının təşkili istiqamətində tədbirlər davam etdirilib. Artıq Bakı şəhərinin ayrı-ayrı ünvanlarında və Abşeron rayonunda yerləşən çoxmənzilli binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin 70-ə yaxını Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 40-dan çox MMMC-nin yaradılması istiqamətində işlər davam etdirilir.

Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt, Xırdalan və Mingəçevir şəhərlərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi və MMMC-nin yaradılması ilə bağlı müvafiq maarifləndirici və təşkilati işlər həyata keçirilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında