Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir

Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu barədə yanvarın 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikası maliyyə nazirinin müavini Nəcibullah Vərdəkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyilib.

Görüşdə Azərbaycan-Əfqanıstan əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən DGK sədri sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Aydın Əliyev iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2013-cü ildə Dövlət Gömrük Komitəsinin nümayəndə heyətinin Əfqanıstan İslam Respublikasına səfərini məmnunluqla xatırlayıb, keçirilən görüşlərin, müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb, eləcə də Azərbaycan tərəfinin gömrük işi sahəsində istər informasiya texnologiyaları, qaçaqmalçılıqla mübarizə, istərsə də kadr potensialının gücləndirilməsi ilə bağlı və sair sahələrdə yardımını əfqanlı həmkarlarına bundan sonra da əsirgəməyəcəyini vurğulayıb.

Ölkəsinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən Əfqanıstan İslam Respublikası maliyyə nazirinin müavini Nəcibullah Vərdək iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Əfqanıstan gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nəcibullah Vərdək ölkələr arasında əməkdaşlığın, o cümlədən iqtisadi-
ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu qeyd edib, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib. Əfqanıstan Gömrük Xidmətinə göstərilən yardımlara görə təşəkkürünü də ifadə edən qonaq Əfqanıstan tərəfinin Azərbaycan gömrüyündə həyata keçirilən yeniliklərdən faydalanmaq və tətbiq etmək, eləcə də kadr potensialının gücləndirilməsi işində azərbaycanlı gömrük mütəxəssislərinin köməyindən yararlanmaq niyyətində olduğunu diqqətə çatdırıb.

Əfqanıstan İslam Respublikası maliyyə nazirinin müavini Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqeyə malik olduğunu vurğulayaraq, ölkənin tranzit imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlərdən də məmnunluğunu ifadə edərək Əfqanıstan tərəfinin Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etmək arzusunda olduğunu söyləyib.

Görüş başa çatdıqdan sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və “Hədəf” Mərkəzi ilə tanış olublar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında