Ötən il əsas kapitala 15,5 milyard manatdan çox vəsait yönəldilmişdir

        2017-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 15 milyard 550,8 milyon manat vəsaitin 7 milyard 102,2 milyon manatı və ya 45,7 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 6,0 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, ümumi sərmayənin 73,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 76,3 faizi məhsul istehsalı obyektlərinin, 18,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,7 faizi isə ümumi sahəsi 1 milyon 727,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 44,6 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 63,4 faiz, bank kreditləri 14,1 faiz, büdcə vəsaitləri 15,4 faiz, əhalinin şəxsi vəsaitləri 5,1 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı şəhərində “Baku Agropark” istixana kompleksi, “Pirallahı” Günəş Elektrik Stansiyası, körpü, Balaxanı Sənaye Parkı, Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat avtomobil yolu, Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Sumqayıt şəhərində yenidən qurulmaqla Boruyayma zavodu, Gəncə şəhərində “Yeni Gəncə” elektrik yarımstansiyası, Gəncə Dövlət Filarmoniyasının yeni binası, “Grand Qafqaz” Ticarət Kompleksi, “Gəncə Mall” Ticarət Mərkəzi, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, “Xəzər Palace” otel kompleksi, Abşeron rayonunda Olimpiya İdman Kompleksi, Ağcabədi rayonunda Çörək və un məmulatları zavodu, Olimpiya İdman Kompleksi, Balakən rayonunda Su elektrik stansiyası, Cəlilabad rayonunda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Ələt-Astara-İran və dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi, Gədəbəy rayonunda Limonad zavodu, 35/10 kV-luq “Gədəbəy” elektrik yarımstansiyası, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kV-luq elektrik yarımstansiyası, Quba rayonunda “Azərxalça” ASC-nin Quba filialı, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi, 110/35/6 kV-luq “Neftçala” yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası, Sabirabad rayonunda Quşçuluq fabriki, Mərkəzi Xəstəxana, Salyan rayonunda 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyası, Şəmkir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmənli” elektrik yarımstansiyası, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində, Gədəbəy, Salyan, Şamaxı və Tərtər rayonlarında 5160 şagird yerlik 10 ümumtəhsil məktəb binası, Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində, Qazax, Qobustan, Saatlı, Samux və Tərtər rayonlarında 1154 yerlik 9 məktəbəqədər təhsil müəssisəsi və s. obyektlər istifadəyə verilmişdir.

 Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında