Azərbaycanın Gömrük Komitəsi və bp-Azərbaycan şirkəti arasında bir neçə protokol imzalanmışdır

Fevralın 14-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Aydın Əliyev Azərbaycanın neft siyasəti, ümummilli lider Heydər Əliyevin bu sahədə Azərbaycana qazandırdığı uğurlar barədə qonaqlara məlumat vermişdir. bp ilə gömrük orqanları arasında mövcud əlaqələrə toxunan A.Əliyev əsası ulu öndər tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının reallaşması naminə gömrük orqanlarının da üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir.
bp-Azərbaycanın prezidenti R.Cavanşir "Əsrin müqaviləsi"ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi istiqamətində bp şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü söyləmiş, ötən illər ərzində DGK ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs etmişdir.
Daha sonra DGK ilə "bp-Azərbaycan" şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında", "Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında", "Azərbaycan Respublikası Hökuməti və Əsas İxrac Boru Kəməri (ƏİBK) iştirakçıları arasında Tranzit əraziyə malik ölkənin hökuməti ilə" və "Azərbaycan Respublikası Hökuməti və Cənubi Qafqaz Boru Kəməri (CQBK) iştirakçıları arasında Tranzit əraziyə malik ölkənin hökuməti ilə" sazişlər əsasında hazırlanmış "İdxal və ixrac rüsumları və vergilər haqqında" protokolların imzalanma mərasimi olmuşdur.
Sənədləri komitə sədrinin birinci müavini Səfər Mehdiyev və "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir imzalamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında