Ölkəmizdə pensiya artımı neçə hesablanacaq?

İqtisadçı-ekspert Vüqar Bayramov media açıqlamsında bu il tətbiq ediləcək pensiya artımı qaydasını şərh edərkən bildirib ki,  ölkəmizdə pensiya məbləğləri bu aydan 6,2 faiz artacaq. Bu, ötənilki orta aylıq əmək haqqı artımına uyğundur.

V. Bayramlı yeniliyin nəyə əsaslandığını acıqlayaraq deyib: “Yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada 2 əsas dəyişiklik var. Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq  bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Yenilik bu ildən məbləğindən asılı olmayaraq, bütün pensiyalara tətbiq ediləcəkək. Əvvəlki illərdə isə  pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu”. 

Hazırladı:

Tahir AYDINOĞLU


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında