Azərbaycan 187 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 113 ölkəyə məhsul ixrac olunmuş, 180 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 19 milyard 459,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12 milyard 500,6 milyon dollar, idxalın dəyəri 6 milyard 958,4 milyon dollar təşkil etmiş, nəticədə 5 milyard 542,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 22,9 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 5,0 faizini Rusiyaya, hər biri 4,9 faiz olmaqla  İsrail və Çexiyaya, 4,8 faizini Çinə, 4,2 faizini Gürcüstana, 4,0 faizini Kanadaya, 3,8 faizini Portuqaliyaya, 3,7 faizini Almaniyaya, hər biri 3,0 faiz olmaqla Hindistan və Tayvana (Çinin əyaləti), 2,5 faizini İndoneziyaya, qalan  20,6  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Rusiyanın, 14,6 faizi Türkiyənin, 9,7 faizi Çinin, 9,3 faizi ABŞ-ın, 5,2 faizi Ukraynanın, 4,8 faizi Almaniyanın, 3,7 faizi İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 2,4 faizi Braziliyanın, hər biri 1,9 faiz olmaqla Yaponiya və  Norveçin,  23,7 faizi isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar-oktyabr aylarında 1 milyard 218,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 25,1 faiz, real ifadədə isə 22,8 faiz çoxdur.

2017-ci ilin yanvar-oktyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,4 faiz, təzə tərəvəz – 87,1 faiz, kartof – 50,7 faiz, tütün – 2,1 dəfə, bitki yağları – 13,0 faiz, çay – 58,0 faiz, meyvə və tərəvəz şirələri – 53,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 76,7 faiz, meyvə və tərəvəz konservləri – 4,0 faiz, qara metallardan borular – 0,3 faiz, pambıq lifi – 6,5 dəfə, bentonit gili – 3,4 dəfə artmış, şəkər ixracı isə 41,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 10,6 faiz azalmışdır.

2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-oktyabr aylarında təzə meyvə idxalı 2,6 faiz, çay – 7,6 faiz, quş əti və onun əlavə məhsulları – 3,9 faiz, minik avtomobilləri – 88,0 faiz, hesablama maşınları, blok və qurğuları – 51,1 faiz, mineral gübrələr – 48,4 faiz, qara metallardan künclüklər ­– 29,0 faiz, məişət kondisionerləri – 23,5 faiz artmış, buğda idxalı 25,6 faiz, xam şəkər və şəkər – 5,3 faiz, bitki yağları – 7,7 faiz, təzə tərəvəz – 43,6 faiz, qara metallardan borular  – 52,1 faiz məişət soyuducuları idxalı 17,0 faiz azalmışdır.

 Samirə Əliyeva,
Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında