“Anadolu” agentliyi: Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı nəqliyyat mərkəzinə çevirəcək

Türkiyənin “Anadolu” agentliyi “Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı nəqliyyat mərkəzinə çevirəcək” sərlövhəli xəbər dərc edib. Xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyəti ilə bağlı fikirlərinə geniş yer ayrılıb.

Agentlik Prezident İlham Əliyevin  Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində səsləndirdiyi “Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir” –fikirlərini sitat gətirib. Bir sıra ölkələrin də bu layihəyə qoşulma istəklərinin olduğunu qeyd edən “Anadolu” agentliyi, həmçinin 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini vurğulayıb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında