SOCAR Azərbaycanda 129 elmi-tədqiqat layihəsinə dəstək verib

SOCAR-ın 2011-ci ildən fəaliyyət göstərən “Elm Fondu” 2017-ci il üzrə müsabiqənin qaliblərini elan etmişdir. Təqdim olunan 98 layihədən 35-i AMEA-nın və SOCAR-ın alim və mütəxəssislərindən təşkil edilmiş Müsabiqə Komissiyası tərəfindən müsabiqənin qalibi seçilmişdir.

SOCAR-dan aldığımız məlumatda bildirilir ki, müsabiqədə sənayedə internet texnologiyalarının tətbiqi ilə bağlı problemlərin araşdırılması, yeraltı qaz anbarlarının istismarı prosesləri və onların ətraf mühitə təsiri, dəniz platformalarında seysmik risklərin qiymətləndirilməsi, metanol və karbamid gübrəsi istehsalında xammal kimi istifadə edilən təbii qazın karbon qazı ilə (CO2) əvəzlənməsi, kəşfiyyat, hasilat və digər sahələrdə səmərəliliyin artırılması və mümkün fəsadların qarşısının alınması istiqamətində aparılan araşdırmalara üstünlük verilmişdir. 

AMEA-nın prezidenti, “Elm Fondu”-nun İdarə Heyəti sədrinin müavini akademik Akif Əlizadə bildirmişdir: “SOCAR-ın “Elm Fondu”nun keçirdiyi müsabiqədə mövzular sənaye və cəmiyyət üçün praktiki faydasına görə, innovativ, mütərəqqi və qabaqcıl ideya tutumuna əsasən seçilmişdir. SOCAR tərəfindən elmin inkişafına qoyulan sərmayə, ölkəmizin gələcəyinə yatırılan ən mühüm investisiyalardan biridir.” 

2017-ci il üzrə müsabiqə şərtlərinə tam cavab verən 35 layihənin 29-u fundamental və tətbiqi xarakterli ən yaxşı elmi-tədqiqat layihəsi, 3-ü xüsusi layihə, 3-ü isə gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat” layihəsidir. 

“Elm Fondu”-nun sədri, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında neft və qaz sənayesinə dair elmi tədqiqatları stimullaşdırmaq üçün SOCAR-la AMEA-nın birgə təsis etdiyi “Elm Fondu” hər il müsabiqələr keçirir, sənayenin müxtəlif sahələri üzrə tədqiqatlar aparılmasına şərait yaradılır. Bununla biz Azərbaycanın dayanıqlı inkişafının təməli olan elmi tədqiqatların aparılmasına öz töhfəmizi veririk. SOCAR gələcəkdə də biznes əməliyyatlarından əldə etdiyi vəsaitlərin müəyyən hissəsini ölkəmizin dayanıqlı inkişafına yönəlmiş bu kimi layihələrə yatırmağa davam edəcək, milli sərvətimizin dəyərini artıraraq, gələcək rifah və dayanıqlı inkişafımıza öz töhfəsini verməyə davam edəcək.” 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizin təbii sərvətlərinin öyrənilməsi istiqamətində səmərəliliyin artırılması və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunması məqsədilə SOCAR və Azərbaycan Milli Elmlər Akademiyası arasında 26 may 2011-ci il tarixində Anlaşma Memorandumu imzalanmış, Memoranduma əsasən SOCAR-ın “Elm Fondu” təsis edilmişdir. “Elm Fondu”nun 2012-ci ildən etibarən sahə üzrə keçirdiyi 4 müsabiqəyə ümumilikdə 307 layihə təqdim edilmiş və bunlardan 129-u seçilərək, SOCAR-ın ayırdığı qrant vəsaiti hesabına tam maliyyələşdirilmişdir. 

Xatırladaq ki, SOCAR tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət layihələri, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramları tələbələr arasında böyük rəğbət qazanıb.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında