Kredit bürosunun nizamnamə kapitalı minimum 2 milyon manat səviyyəsində müəyyən edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti qaydası”nı təsdiqləyib.

Sənədə əsasən “Kredit büro”sunun nizamnamə kapitalı 2 milyon manat məbləğindən az olmamalıdır.

Qaydada kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) üçün peşə yararlığı tələbləri də müəyyən edilib. Belə ki, qaydalara əsasən məcburi ləğv edilmiş və ya müflis elan olunmuş hüquqi şəxsdə ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə həmin hüquqi şəxsin idarəetmə orqanlarının üzvü və ya baş mühasibi işləmiş şəxslər kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) ola bilməz. Qeyd edək ki, bu tələb həmin hüquqi şəxsin məcburi ləğvi və ya iflası haqqında qərarın qəbul edildiyi tarixdən etibarən iki il müddətində tətbiq edilir. Bundan başqa, əmək funksiyalarını kobud şəkildə pozduğuna görə hər hansı hüquqi şəxsin idarəetmə orqanında tutduğu vəzifədən qanunla müəyyən olunmuş qaydada azad edilmiş şəxslər, Palatanın nəzarət subyekti olan kredit təşkilatlarının rəhbər şəxsləri də kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) ola bilməz.

Qaydaya görə, Kredit bürosunun icra orqanının rəhbəri  və ya üzvlərinin ali təhsili və ən azı 3  illik idarəetmə təcrübəsinin olmalıdır.

Qaydada Kredit bürosu tərəfindən Palataya ödənilən haqların məbləği və ödəmə qaydası da öz əksini tapıb. Beləliklə, Kredit bürosu tərəfindən Palataya ödənilən haqların məbləği və ödənilmə qaydası “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları” ilə müəyyən edilir. Kredit bürosunda hərtərəfli yoxlama ən azı 3 ildə bir dəfə olmaqla aparılacaq.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında