Azərbaycanda yeni iş yerlərinin yaradılması prioritet vəzifədir

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənən III Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2017-ci ilə qədər olan dövrdə ümumilikdə 679,4 min olmaqla, 502 min daimi iş yeri yaradılıb. Bu dövrdə açılan iş yerlərinin 60,3 faizi qeyri-dövlət sektoruna məxsusdur.

Daimi iş yerlərinin 9,3 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 14,3 faizi mövcud müəssisə və təşkilatlarda, 1,2 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 75,2 faizi fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Tikinti sektorunun dinamik inkişafı da yeni iş yerlərinin açılmasına əlverişli imkan yaradıb. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında inşaat sektorunda çalışanların orta siyahı sayı 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 102,9 min nəfər olub.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ına uyğun olaraq ötən il sənayeləşmə siyasəti uğurla həyata keçirilib, müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqinə xüsusi önəm verilib. Reallaşdırılan tədbirlərin nəticəsində Azərbaycanda ənənəvi sənaye sahələri genişlənib, istehsal artıb, yeni sənaye müəssisələri yaradılıb, bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Bütün bunlar isə, öz növbəsində, yeni iş yerlərinin açılmasına, işsizliyin səviyyəsinin aşağı düşməsinə müsbət təsir göstərib.

Azərbaycanda son illərdə sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılıb, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları yaradılıb. Sumqayıt, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları innovativ idarəetmə və qabaqcıl texnologiyalara əsaslanılaraq qurulub. Həmin müəssisələrin rezidentlərinə müəyyən güzəştlər verilib. Bütün bunların sayəsində isə həmin obyektlərin tikintisində və istehsalatda 5500-dən çox iş yeri açılıb. Layihələr üzrə növbəti mərhələdə isə 850 milyon ABŞ dollarından çox investisiyanın qoyulması və 7500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ötən illərdə Azərbaycanda məşğulluq siyasətinin modelini keçid dövrünün xüsusiyyətləri və demoqrafik vəziyyət müəyyən edib. Bunun da başlıca məqsədi işçi qüvvəsinin yüksək təklifi səviyyəsinin operativ qarşılanması olub. Bu əsasda 2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1,4 milyonu daimi olan 1,9 milyon yeni iş yeri açılıb. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilən hədəf indikatorlarına uyğun olaraq, 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında