Ölkə üzrə 207 min ton pambıq təhvil verilib

Yanvarın 6-dək pambıq qəbulu məntəqələrinə 207 min 5 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən gün 50 ton pambıq tədarük olunub.

Xatırladaq ki, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. Fermerlər bu dəstəkdən yararlanaraq ildən-ilə əkin sahələrini və məhsul istehsalını artırırlar. Belə ki, 2015-ci ildə 18 min hektar çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil etmişdi. 2017-ci ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə 2016-cı ilin ümumi göstəricisindən 2,4 dəfə çoxdur.

AZƏRTAC respublikada pambıq tədarükünə dair yanvarın 6-na olan operativ məlumatı təqdim edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında