Standartlaşdırma sahəsində yoxlamaların aparılması qaydaları dəyişdiriləcəkdir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Texniki tənzimlənmə və uyğunluğun qiymətləndirilməsi haqqında" qanun layihəsi hazırlamışdır. Həmin qanun layihəsi bu yaxınlarda Milli Məclisə təqdim olunacaqdır.
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov fevralın 11-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
Ramiz Həsənov demişdir ki, yeni sənəd müxtəlif istehsal sahələrində texniki reqlamenti və yoxlama qaydalarını müəyyənləşdirəcəkdir. Bütün Avropa ölkələrində belə qanunlar mövcuddur. Yeni qanuna əsasən, bazardan alınan məhsulun keyfiyyəti yoxlanılacaqdır. Bu sahədə hər hansı problemin aşkar ediləcəyi təqdirdə birbaşa istehsalçıya müraciət olunacaqdır. Lakin istehsal prosesinə müdaxilə edilməyəcəkdir. Sədr diqqətə çatdırmışdır ki, halal kolbasalarla da bağlı texniki reqlament hazırlanacaqdır. Bütün bunların məqsədi insan sağlamlığına zərərli olan qida məhsulları istehsalının qarşısını almaqdır.
R. Həsənov bildirmişdir ki, korrupsiya ilə mübarizəni daha da gücləndirmək məqsədi ilə komitə tərəfindən müəyyən təkliflər hazırlanmışdır. Həmin təkliflər hökumətə təqdim ediləcəkdir.
Yoxlamaları aparan dövlət qurumlarının belə tədbirləri birlikdə və ya ayrıca bir qurum tərəfindən aparılması ideyasına münasibət bildirən komitə sədri vurğulamışdır ki, malların, istehsalatda cihazların və istehsal prosesinin müəyyən standartlara və etalonlara uyğunluğunun qiymətləndirilməsi və s. məsələlərin başqa bir qurum tərəfindən və ya digər bir qurumun mütləq iştirakı ilə həyata keçirilməsi məqsədəuyğun deyildir.
R.Həsənov vurğulamışdır ki, ölkədə çörək, şirniyyat məmulatları istehsalında problemlər hələ də mövcuddur. Bunun əksinə olaraq, kolbasa istehsalında müsbət dəyişikliklər müşahidə edilir. Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında