Şriftin ölçüsü:
11.02.2011 11:41 | Oxunma sayı: 731
"Paşa Sığorta" və "Paşa Həyat" sığorta şirkətlərinin rəhbərləri 1-2 fevral tarixlərində Moskvadakı Marriott Grand Hotel mehmanxanasında keçirilmiş Adam Smith Conferences çərçivəsində MDB ölkələri üzrə Beynəlxalq Sığorta Forumundakı işlərini başa çatdırmışlar.
Adam Smith Conferences çərçivəsində Beynəlxalq Sığorta Forumu Moskvada ilk dəfə keçirilmişdir və gələcəkdə Rusiyanın, eləcə də regiondakı digər ölkələrin sığorta, bank və investisiya cəmiyyətlərinin hər il keçirilən ənənəvi illik tədbirinə çevriləcək. Forumun builki əsas mövzusu regiondakı aparıcı sığorta, bank və investisiya müəssisələri arasında idarəetmə və böhrandan sonrakı dövrdə sığorta şirkətləri tərəfindən düzgün korporativ strategiyanın işlənib hazırlanması barədə fikir mübadiləsi aparmaq olmuşdur.
Forumun əsas məruzəçiləri arasında "Chartis", "INTOUCH Russia", "Raiffeisen Pension Fund", "Munich Re", "Rennesans Straxovanie", "Eureco Group" və MDB bazarlarında fəaliyyət göstərən digər maliyyə institutlarının baş direktorları da təmsil olunmuşlar. Avropa Yenidənqurma və İnkişaf Bankının Sığorta və Maliyyə xidmətləri Departamentinin rəhbəri Noel Edisonun və Beynəlxalq Maliyyə Korporasiyasının bank və maliyyə sektorunda investisiyalar üzrə məsləhətçi Levan Şalamberidzenin region ölkələrindəki sığorta bazarının inkişaf perspektivlərinin qiymətləndirilməsi üzrə məruzələri Forum iştirakçılarında xüsusi maraq oyatmışdır. Forumun "Həyat sığortası" bölməsinin iştirakçıları arasında həm region ölkələrində, həm də ABŞ və Avropada tətbiq edilən icbari sığortanın müxtəlif modellərinin müqayisəsi ətrafında maraqlı müzakirələr aparılmışdır. Öz növbəsində, Avstriyanın "Audatex" şirkətinin nümayəndələri Forum iştirakçılarının diqqətinə sığorta hadisələrinin idarə olunması üzrə Avropa ölkələrində ən geniş yayılmış platformaların təqdimatını da çatdırdılar. Yaxın zamanlarda həmin məhsulun Azərbaycanda da təqdimatı keçiriləcəkdir.
"Aparıcı beynəlxalq və yerli sığorta mütəxəssisləri Rusiya və MDB ölkələrinin sığorta şirkətlərinin gələcək inkişafı və artımı yolundakı əsas problemləri ümumiləşdirdilər. Bu, sığorta şirkətlərinin zəif kapitallaşdırılması, onlar tərəfindən IFRS standartlarının ləng mənimsənilməsi, agent və brokerlərin əsassız şəkildə yüksək məbləğdə mükafatlandırılması, sığortaçının fəaliyyətindəki şəffaflığın zəifliyi və ya olmaması, anderaytinq prosesinin zəifliyidir. Razılaşmaq lazımdır ki, yuxarıda göstərilənlər bu və ya digər dərəcədə bizim bazarımız üçün də aktualdır. Bununla yanaşı, çox fərəhləndirici haldır ki, Forumun gedişində, demək olar, bütün sığorta mütəxəssisləri Azərbaycanın son dərəcə yüksək iqtisadi potensiala və bizim sığorta bazarımızın yaxşı perspektivlərə malik olduğunu qeyd etdilər və investisiya qoymaq baxımından ölkəmizin sığorta sahəsinin cəlbedici olmasına yüksək qiymət verdilər", - deyə "Paşa Sığorta" ASC-nin İdarə Heyətinin sədri Nofəl Rzayev Forumun nəticələri barədə bunu bildirmişdir.
Forumun yekunu olaraq "Paşa Sığorta" və "Paşa Həyat" şirkətlərinin rəhbərləri ilə bir sıra maliyyə institutlarının nümayəndələri və cari ilin ilk yarısında Bakıda keçirilməsi nəzərdə tutulan məhsulların təqdimatı üzrə xidmət təchizatçıları ilə razılaşmalar əldə olunmuşdur.{nl}
Bakıda Xəzəryanı ölkələrin sərhəd xidmətləri rəhbərlərinin işçi görüşü keçirilmişdir
Fevralın 9-da Bakıda Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan sərhəd xidmətləri rəhbərlərinin işçi görüşü keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, görüşdə Xəzər dənizində mövcud vəziyyət və onun inkişaf meyilləri barədə fikir mübadiləsi aparılmış, sərhəd qurumları arasında əməkdaşlığın vəziyyəti, perspektivləri müzakirə olunmuş, Xəzərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq mexanizminin işlənib hazırlanmasının vacibliyi vurğulanmışdır.
Tərəflər Xəzəryanı dövlətlərin başçılarının zirvə toplantısının ötən il noyabrın 18-də Bakıda keçirilmiş nəticələrini müzakirə etmiş, sammitdə imzalanmış "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn məsələlərin həlli üçün sərhəd xidmətlərinin bu sahədə əməkdaşlığına dair protokolun layihəsinin hazırlanması və sərhəd xidmətləri rəhbərlərinin növbəti işçi görüşündə baxılması barədə razılığa gəlmişlər.
Nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya və qaçaqmalçılıq, narkotiklərin qeyri-leqal dövriyyəsi kimi təhdidlərə qarşı mübarizənin davam etdirilməsinin və bu istiqamətdə əməkdaşlığın inkişafının zəruriliyini vurğulamışlar.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.