Dövlət Statistika Komitəsi: ölkə üzrə pambıq tədarükü 205 min tonu ötüb

Dekabrın 23-dək pambıq qəbulu məntəqələrinə 205 min 237 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən gün 332 ton pambıq tədarük olunub.

Xatırladaq ki, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. Fermerlər bu dəstəkdən yararlanaraq ildən-ilə əkin sahələrini və məhsul istehsalını artırırlar. Belə ki, 2015-ci ildə 18 min hektar çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil etmişdi. Cari ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə ötən ilin ümumi göstəricisindən 2,4 dəfə çoxdur.

AZƏRTAC respublikada pambıq tədarükünə dair dekabrın 23-nə olan operativ məlumatı təqdim edir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında