SOCAR və “Statoil” şirkətləri perspektivli əməkdaşlığın əsas prinsiplərinə dair müqavilələr imzalamışlar

SOCAR Tower-də SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olmuşdur.

SOCAR-dan aldığımız məlumatda deyilir ki, ''Qarabağ'' yatağının işlənməsi ilə bağlı risk xidmətləri və bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir aparılan müzakirə və məşvərətlər nəticəsində mütəxəssislər tərəfindən perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib razılaşdırılmışdır.

SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk tərəfindən şirkətlər arasında perspektivli tərəfaşlığın əsas müddəaları haqqında iki müqavilə imzalanmışdır. İmzalanan sənədlər Xəzər dənizinin Azərbaycan sektorunda bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəalarını, habelə “Qarabağ” neft yatağı üzrə risk xidmət sazişinin əsas kommersiya prinsipləri və müddəalarını əhatə edir.

İmzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Mütəxəssislərimiz məhsuldar çalışaraq, müsbət nəticələr əldə etmişlər. Əsas prinsiplərin imzalanması iqtisadiyyatımıza yeni dəyər qazandıracaq gələcək layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Bu istiqamətdə aparılmış işlərin qısa zaman ərzində yekunlaşması üçün müvafiq tədbirlər görülməlidir.”

Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen deyib: “Azərbaycanla əməkdaşlığın uzun bir tarixi var. “Statoil” Azərbaycanda artıq 25 ildir uğurla fəaliyyət göstərir. Norveç hökuməti “Statoil”un enerji layihələrinə böyük önəm verir”.

“Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulamış, AÇG layihəsi çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirmişdir.

Qeyd edək ki, “Qarabağ” neft yatağı və digər perspektiv sahələrdə planlaşdırılan işlər Azərbaycanda neft hasilatının sabit saxlanılması, qaz hasilatının artırılması baxımından mühüm əhəmiyyətə malik layihələr kimi qiymətləndirilir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında