Ötən ilin ümumi göstəricisindən 112 min ton çox pambıq tədarük olunub

Dekabrın 16-dək ölkə üzrə qəbul məntəqələrinə 202 min 403 ton pambıq təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 390 ton pambıq tədarük olunub.

Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ilin ümumi göstəricisindən 112 min ton çoxdur.

Aqrar sektorda ənənəvi təsərrüfat sahələrinə, o cümlədən pambıqçılığa diqqətin artırılması, dövlətin hərtərəfli dəstəyi artıq öz bəhrəsini verməkdədir. Yanacaq və motor yağlarına görə subsidiya verilməsi, istehsalçılara mineral gübrələrin, müasir texnika və avadanlıqların güzəştli qiymətlərlə satılması, seleksiya və elmi-tədqiqat işlərinin genişləndirilməsi, toxumçuluğun dövlət tərəfindən dəstəklənməsi sahənin inkişafına stimul yaradır. Pambıqçılığın inkişafına dair Dövlət Proqramında 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması qarşıya hədəf kimi qoyulub. Bu tədbirlərin davamı olaraq, gələn il pambığın alış qiyməti hər ton üçün 100-110 manat artırılacaq.

AZƏRTAC respublikada pambıq tədarükünə dair dekabrın 16-na olan operativ məlumatı təqdim edir. Cədvəldən göründüyü kimi, pambıq tədarükündə əvvəlki kimi, Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonları öndədirlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında