Ötən il ölkədə aqrar sahə üzrə 13 min 495 iş yeri açılmışdır

Fevralın 8-də Kənd Təsərrüfatı Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Nazir İsmət Abasov ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlanmış iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin aqrar sektorunda əldə olunan əhəmiyyətli nailiyyətlərdən danışmış, qarşıda duran vəzifələrdən bəhs etmişdir. Bildirmişdir ki, ölkədə aqrar sahə dinamik inkişaf edir. Dövlət proqramlarının icrası aqrar bölmənin inkişafına böyük təkan vermiş, daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur. Ərzaq təhlükəsizliyi dünyada qlobal problemlərdən olsa da, ölkəmizi belə bir təhlükə gözləmir. Son 3 ildə kənd təsərrüfatının ümumi məhsulunun artım sürəti orta hesabla 2,5 faiz təşkil etmiş, 2010-cu ildə təbii fəlakətlə əlaqədar taxıl və kartof istehsalının azalması istisna olmaqla artım 5 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 3,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 6,1 faiz olmuşdur. Dənlilər və kartof istisna olmaqla bütün bitkiçilik məhsulları üzrə artım əldə edilmişdir.
Nazir vurğulamışdır ki, 2011-ci ilin məhsulu üçün 2010-cu ildə 1017,8 min hektarda şum qaldırılmış, dən və yaşıl yem üçün 925,9 min hektar, o cümlədən, 915,2 hektarda dən üçün payızlıq taxıl əkilmişdir ki, onun da 660,5 min hektarını buğda, 254,7 min hektarını isə arpa təşkil etmişdir. Kənd təsərrüfatının prioritet sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı 2010-cu ildə sabit şəkildə davam etmiş, 2009-cu ilə nisbətən ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artmışdır. 2010-cu ildə kənd təsərrüfatının inkişafı məqsədi ilə 13,405 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Güzəştli kreditlərin verilməsi nəticəsində 1066 daimi və müvəqqəti iş yeri açılmışdır. Kreditlərin orta həcmi 29,9 min manat təşkil etmişdir. Görülmüş tədbirlər nəticəsində ümumilikdə aqrar sahə üzrə 13 min 495 iş yeri açılmışdır ki, ondan 7 min 483-ü daimidir. Bu il 3 milyon tondan çox taxıl istehsalı gözlənilir.
Nazir İsmət Abasov 2010-cu ildə bir sıra kənd təsərrüfatı məhsulları istehsalında yol verilmiş nöqsanların aradan qaldırılması, qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədi ilə nazirliyin tabeliyində olan qurumlara müvafiq tapşırıqlar vermişdir.
Çıxış edən müvafiq şöbə və qurumların rəhbərləri əldə olunmuş nailiyyətlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Kollegiyada korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyi xüsusilə vurğulanmışdır. Korrupsiyaya qarşı qabaqlayıcı, mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə nazirliyin tabeliyində olan qurumlara tapşırıqlar verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında