Tehranda Rəşt (İran)-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi ilə bağlı memorandum imzalanmışdır

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana ikigünlük səfəri başa çatmışdır. Aparılan danışıqlar əsasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt (İran)-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi ilə bağlı məhdud məsuliyyətli cəmiyyətin yaradılmasına dair Azərbaycan, İran və Rusiya mütəxəssislərinin apardıqları müzakirələr yekunlaşdırılmışdır.
Fevralın 8-də sözügedən dəmir yolunun layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı məhdud məsuliyyətli cəmiyyətin yaradılması və Azərbaycan ilə İran arasında dəmir yolu əlaqələrinin idarə olunmasına və genişləndirilməsinə dair iki Anlaşma Memorandumu imzalanmışdır. Birinci sənədi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov, "Rusiya Dəmir Yolları" ASC-nin rəisi Vladimir Yakunin, "İran Dəmir Yolları"nın baş direktoru Sahib Məhəmmədi imzalamışlar. Doqquz maddədən ibarət memorandumda dəmir yolunun layihələndirilməsi, tikintisi, istismarı və yeni yaradılacaq MMC-nin idarəolunma mexanizmi əksini tapmışdır.
İmzalanmış ikinci sənəd isə "Azərbaycan Dəmir Yolları" QSC ilə "İran Dəmir Yolları" arasında əməkdaşlığa dair Anlaşma Memorandumudur. Bu sənəd Azərbaycan ilə İran arasında dəmir yolları üzrə sərhəd-keçid sazişinin hazırlanması, saziş layihəsinin mətninin razılaşdırılması, texniki-iqtisadi məsələlərin həll edilməsi istiqamətində danışıqların aparılması və iki ölkə dəmir yolu mütəxəssislərinin təcrübə keçmələri barədə anlaşmalardan ibarətdir.

{nl}


Sabir ŞAHTAXTI AzərTAc-ın xüsusi müxbiri
Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında