Dövlət Statistika Komitəsi: qəbul məntəqələrinə 196 min tondan çox pambıq təhvil verilib

Dekabrın 4-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 196 min 258 tondan çox məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu məhsulun 1173 tonu ötən iki gündə tədarük olunub.

Ölkə üzrə təhvil verilən məhsulun yarıdan çoxu – 54,58 faizi Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonlarının payına düşür.

Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ildəkindən 107 min ton çoxdur.

AZƏRTAC respublikada pambıq tədarükünə dair dekabrın 4-nə olan operativ məlumatı təqdim edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında