Azərbaycanın sosial siyasətində insan amili prioritetdir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosialyönümlü siyasəti ölkəmizdə sosial proqramların uğurla davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaratmaqla bərabər, həm də əmək və sosial müdafiə sistemində şəffaf iş mexanizminin qurulması üçün mütərəqqi islahatları sürətləndirib.   

Respublikamızda hazırda sosial cəhətdən həssas əhali kateqoriyalarına dövlət qayğısının artırılması xüsusi yer tutur. Yalnız son iki ildə cənab İlham Əliyev tərəfindən  əmək və sosial müdafiəsi sistemi ilə bağlı 30-dan  çox fərman və sərəncam imzalanması bu sahənin inkişafına yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu sənədlər sosial cəhətdən həssas təbəqələrə dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına və yeni sosial təminat növlərinin formalaşmasına imkan yaratmaqla, milli əmək və sosial müdafiəsi sisteminin mütərəqqi islahatlar mərhələsinə daxil olmasına şərait yaradıb.

Azərbaycan Prezidentinin yürütdüyü çevik və uzaqgörən siyasət sayəsində ölkəmizdə irimiqyaslı işlər görülür, neftdən asılılıq aradan qaldırılır, qeyri-neft sektoru sürətlə inkişaf edir, bölgələrdəki sosial-iqtisadi tərəqqinin müsbət nəticələri göz önündədir. Bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın iqtisadi qüdrətini artıracaq, beynəlxalq aləmdə müsbət imicini daha da möhkəmləndirəcək. Ölkədə yaradılan azad sahibkarlıq zonaları və sənaye parkları mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatında ciddi islahatlar aparılıb, qida təhlükəsizliyi istiqamətində böyük işlər görülüb, ərzaq təminatı məsələsində xaricdən asılılıq azalıb. Bütün bunlar isə şübhəsiz ki, əhalinin sosial şəraitinin yaxşılaşmasına müsbət təsir göstərir.

Milli Məclisdə müzakirə edilən 2018-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən sosial müdafiə amilinə də xüsusi diqqət yetirilib. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sosialyönümlü olduğunu bir daha təsdiqləyir.

Ümumiyyətlə,  2018-ci ilin dövlət büdcəsinin layihəsində büdcənin sosialyönümlülüyü təmin edilib və bütün sosial proqramların icrası ilə bağlı dövlət başçısının müəyyənləşdirdiyi  hədəflərə nail olunub. Belə ki, 2018-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,6 faiz olmaqla bu məqsədə 7 milyard 656 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 609 milyon manat və ya 8,6 faiz çoxdur.

Gələn il təhsil xərclərinə 2 milyard manat vəsait ayrılıb. Elm xərcləri 128 milyon manat, səhiyyə xərcləri 741 milyon manat həcmində proqnozlaşdırılıb. Pensiya və müavinətlərin, ünvanlı yardımların, məcburi köçkünlərin sosial müdafiəsinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün büdcədə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 10,5 faizi səviyyəsində və ya 2 milyard 197 milyon manat vəsait ayrılacaq. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət və icmal büdcələrdə bütövlükdə 487 milyon manat vəsait nəzərdə tutulub.

Sonda bir məqamı da xüsusi vurğulamaq istərdim. Müasir dövrdə hər bir dövlətin davamlı və sabit inkişafının ən mühüm göstəricilərindən biri onun büdcəsidir. İqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən, hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Bu baxımdan, əminliklə demək olar ki, 2018-ci ildə hökumət uğurlu fəaliyyətini davam etdirəcək, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyəcək.

Qasım ƏMİROV,
iqtisad elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında