Dənizdə estakadaların təmiri davam edir

“Neft Daşları”nda əməyin təhlükəsizliyi və neftçilərin iş şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə 630 metr uzunluğunda estakada təmir edilib.

SOCAR-dan verilən məlumatda bildirilir ki, əməyin təhlükəsizliyinin daha da gücləndirilməsi, neftçilərin iş şəraitinin yaxşılaşdırılması, neft-qaz hasilatının stabilləşdirilməsi və artırılması məqsədi ilə “Azneft” İB tərəfindən istismar olunan qurğuların təmiri daim diqqət mərkəzindədir. Tarixdə ilk dəniz platforması olmaqla yanaşı, bu gün də ölkəmizin neft-qaz hasilatında böyük rol oynayan “Neft Daşları” yatağında da mühüm təmir-bərpa işləri davam etməkdədir. Belə ki, 617A saylı estakadayanı meydançaya giriş estakadası əsaslı təmir olunub. Estakadayanı meydançada hazırda 9 quyu fəaliyyət göstərir və quyulardan sutkada 45 ton neft hasil edilir. Bundan əlavə, yataqda daha bir estakada təmir edilib, möhkəmləndirici svaylar vurulub, rigellər, oturacaqlar quraşdırılıb, məhəccər çəpəri çəkilib. Təmirdən sonra yataqdakı meydançalara gediş-gəliş xeyli asanlaşıb, quyuların təhlükəsiz istismarı, hasil olunan neftin, qazın nəqli, avadanlıqların enerji ilə təchizatı daha da yaxşılaşdırılıb.

“Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abbasov bildirib ki, bu gün SOCAR-ın hasilat göstəricilərində dəniz yataqlarının rolu danılmazdır. “Neft Daşları” dünyada dənizdə ilk neft platforması olmasına baxmayaraq, bu gün də hasilat tempini artırmaqda davam edir.

Bu il SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyi üzrə ümumilikdə 920 metr uzunluğunda estakada əsaslı təmirdən sonra istismara verilib. Təmir olunan estakadaların hamısı “Neft Daşları” yatağındadır.

Dəniz mədənlərində əməyin mühafizəsinin ümumi gücləndirilməsi üçün SOCAR tərəfindən görülən geniş miqyaslı tədbirlər davam edir: Estakadaların əsaslı təmiri, eyni zamanda neft-qaz meydançalarının istismara yararsız estakadalardan ayrılması kimi geniş miqyaslı təmir-bərpa işləri ilə yanaşı həm də, mütəmadi olaraq, dənizdə çalışan əməkdaşlar üçün beynəlxalq standartlara cavab verən Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə (BOSIET) təlimlər həyata keçirilir.

Cari ilin ötən dövrü ərzində “Neft Daşları”nda 8 meydança zərurət yarandığı üçün estakadadan ayrılmış, 2 meydançalararası estakada kəsilərək ləğv edilmişdir. Eyni zamanda N.Nərimanov adına NQÇİ-də də 8 meydança birləşdiyi estakadalardan ayrılmışdır. Bununla da neftçilərin təhlükəsiz iş rejimi daha da gücləndirilib, hidrotexniki qurğuların istismar müddəti artırılıb.

Qeyd edək ki, son 3 il ərzində ümumi uzunluğu 6459 metr olan estakada əsaslı təmir edilərək istismara təhvil verilib. Ümumiyyətlə, 2014-2016-cı illərdə 56 obyekt (estakada, özül, estakadayanı meydança və s.) üzrə təmir-bərpa işləri həyata keçirilib, bununla yanaşı Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə (BOSIET) təlimlərrdə 2011-ci ildən bəri 36 mindən çox SOCAR əməkdaşı iştirak edib. Gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında