Vergilər Nazirliyi sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicilərinin pasportlaşdırılmasına start vermişdir

Vergilər Nazirliyində vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) pasportlaşdırılması məsələlərinə həsr olunmuş brifinq keçirilmişdir.
Vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirmişdir ki, fevralın 1-dən etibarən Vergilər Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) pasportlaşdırılmasına start verilmişdir. Pasportlaşdırmanın əsas məqsədi vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) uçot məlumatlarının dürüstləşdirilməsindən ibarətdir. Bu aksiya gələcəkdə vergi orqanlarında yarana biləcək suallar barədə məlumatların vergi ödəyicilərinə vaxtında çatdırılmasına və beləliklə, mümkün anlaşılmazlıqların vaxtında aradan qaldırılmasına imkan verəcəkdir.
Müvafiq əmrə uyğun olaraq vergi orqanlarının əməkdaşları tərəfindən bu tədbirlər respublikanın hər yerində aparılacaqdır. Nazir müavini qeyd etmişdir ki, pasportlaşdırma vergi əməkdaşlarının vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) olan ünvanlara getməklə fərdi müşahidələr, onların təqdim etdikləri məlumatlar və sorğular üzrə verdikləri cavablar əsasında həyata keçirilir. Formaların doldurulması qaydası vergilər naziri Fazil Məmmədovun əmri ilə təsdiq olunmuşdur. Məlumatlar 5 gün ərzində yerli vergi orqanlarında cəmləşdirilərək elektron formada toplanacaqdır. "Xüsusilə vurğulayım ki, aparılmış tədbirlər zamanı vergi əməkdaşlarına vergi ödəyicilərinə qarşı xüsusi bir tədbir həyata keçirmək, yəni maliyyə sanksiyaları, cərimələr tətbiq etmək və digər məsuliyyət tədbirləri görmək səlahiyyətləri verilməmişdir və qanunvericilikdə də nəzərdə də tutulmamışdır",- deyə nazir müavini söyləmişdir.
Keçirilən pasportlaşma ilə əlaqədar bütün fəaliyyət göstərən və uçotda olan vergi ödəyicilərinin elektron poçt qutularına S.Məmmədxanovun imzası ilə məktublar göndərilmiş, həmin məktublarda qeyd olunan bütün məqamlar öz əksini tapmışdır.
Bildirilmişdir ki, həyata keçiriləcək tədbir ilə əlaqədar artıq nazirliyin məsul şəxsləri ərazi vergi orqanlarına ezam olunmuşlar. Bakı ərazisində təşkilati işlər artıq yekunlaşmışdır.
Vergilər Nazirliyi tərəfindən həyata keçirilən pasportlaşdırma tədbirlərinin cari ilin iyunun 1-dək başa çatdırılması nəzərdə tutulur.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında