RecExpo sərgisində 14 ölkədən 70-dək şirkət iştirak edəcək

Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə RecExpo III Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisinə dair mətbuat konfransı keçirilib.

“APA-Economics” xəbər verir ki, komitənin şöbə müdiri Qulu Xəlilov 28-30 noyabr tarixlərində baş tutacaq sərginin əhəmiyyətindən danışıb və bildirib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır.

Q.Xəlilov əlavə edib ki, sərgidə 14 ölkədən 70-ə yaxın şirkət iştirak edəcək. Bundan başqa, sərgi iştirakçıları tərəfindən 150-dən çox layihə nümayiş olunacaq.

ƏMDK strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinovun sözlərinə görə, daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi əsas vəzifələrdəndir. Şöbə müdiri özəlləşdirilmiş müəssisələrə kapital axınının, ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluq səviyyəsinin artmasına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacağını bildirib. Bu, ölkəmizin dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq.

Ş.Şirinov vurğulayıb ki, Bakının Nəsimi rayonundan 12, Nərimanov rayonundan 11 və digər rayonlardan həyata keçiriləcək pilot layihələr barədə də məlumatlar veriləcək.

Ötən ildən fərqli olaraq sərgiyə daha çox investor və əmlak şirkətlərinin qatılması gözlənilir. Belə ki, Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri, Türkiyə, BƏƏ, Rusiya, Qətər, Böyük Britaniya, Portuqaliya, Fransa, Polşa, İtaliya, Kipr, Andorra, Gürcüstan və İspaniyanın tikinti şirkətləri sərgidə iştirak edəcəklər.

Qeyd edək ki, ötən il baş tutan sərgidə 91 yerli və beynəlxalq şirkətin 152 daşınmaz əmlak layihəsi nümayiş olunmuşdu.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında