Mərkəzi Bank Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar qızıl xatirə sikkəsi buraxacaqdır

Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar qızıl xatirə sikkəsi buraxacaqdır. Sikkənin buraxılması dövlətimizin başçısının "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamına əsasən həyata keçiriləcəkdir.
Xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə Mərkəzi Bank martın 10-dək ölkədaxili müsabiqə keçirəcəkdir. Qalibə 2 min manat pul mükafatı veriləcəkdir. Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaqdır. Qızıl xatirə sikkəsi qalib gəlmiş eskiz əsasında hazırlanacaqdır.
Müsabiqənin elanı Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) yerləşdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında