“Yaşıl çay” Azərbaycanda ilk dəfə yapon texnologiyası əsasında çay plantasiyası salır

Daim yeniliklər axtaran Lənkərandakı “Yaşıl çay” FT MMC çay sahələrini genişləndirməklə yanaşı müasir texnologiyalardan da geniş istifadə etməyə çalışır. “Yaşıl çay”ın məlumatına görə, burada Azərbaycanda ilk dəfə olaraq yapon texnologiyası əsasında çay əkini həyata keçirilir. Bu üsul ənənəvi çay əkinindən bir çox cəhətlərinə görə fərqlənir. Eyni zamanda, yeni üsul məhsuldarlıq baxımından da üstündür.

Briqadir Məmməd Məmiyev bildirib ki, ənənəvi üsulla əkində hər hektara 22-25 min şitil istifadə edilirdisə, yeni üsulda 56 min şitil sərf olunacaq. Bitkinin kökünə kölgə düşməsi və hətta yay fəslində də nəmliyi saxlaması sıxlaşdırılmış üsulun əsas üstünlüyüdür. Bu, çayda vegetasiya prosesinin uzanmasına,   digər əkin sahələrindən fərqli olaraq ikiqat artıq məhsul toplamağa imkan verəcək.

Yeni əkində şitillərin arası 30 sm olmaqla qoşa cərgələr salınır. Qoşa cərgələr arasında isə məsafə köhnə əkində olduğu kimi 1,5 metr deyil, cəmi 60 sm saxlanılır.  Belə sıxlaşdırılmış əkində kolların dibi daha çox kölgələnməklə isti aylarda rütubəti qorumaqda yardımçı olur.

 Təsərrüfatın rəhbəri Araz Yağubov bildirib ki, eksperimental olaraq salınan yeni sahələrdə becərilməsi, budanması və digər işlərdə xüsusi yapon texnikasından istifadə edilməlidir. Bu məqsədlə çayçılıq avadanlıqları istehsal edən yapon şirkətlərinin Rusiyadakı nümayəndəliyi ilə əlaqələr yaradıb gələcəkdə bizə lazım olan texnikaların  gətirilməsini təmin edəcəyik.

Təsərrüfat rəhbərliyinin verdiyi məlumata görə, bu il 5 hektar sahədə eksperimental çay əkini keçiriləcək. Hazırda “Yaşıl çay” fermer təsərrüfatında böyük perspektiv vəd edən müasir yapon texnologiyası ilə çay əkini davam edir.

   Sərraf TALIBOV

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında